
Mahir Emrelinin “xəyanət”i
Almaniyanın “Kayzerslautern” klubunda uzun zamandır meydana çıxmayan Mahir Emreli yenidən gündəmə gəlib.
Komanda.az xəbər verir ki, son 6 matçda adı iştirak ərizəsinə salınmayan hücumçu komandasının ötən turda buraxdığı qolu sosial şəbəkədə bəyənməklə etirazlara səbəb olub. “Kayzerslautern” Mahirin sabiq komandası “Nürnberq”lə 1:1 hesablı heç-heçə edib.
Emreli keçmiş komanda yoldaşı Robin Knoxun penaltidən vurduğu qolla bağlı paylaşımına “like” qoyub. Bununla da azarkeşlərin etiraz hədəfinə çevrilən Azərbaycan millisinin üzvü sosial mediada tənqid edilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



