“Mahir Emrelinin transferində Çeslav Mixneviçin rolu olub”
Polşanın “Legiya” klubunun idman direktoru Radoslav Kuxarski Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin transferi və cari mövsümdə komandanın ən məhsuldar futbolçusu olmasına münasibət bildriib.
Komanda.az xəbər verir ki, o, komandanın yeni baş məşqçisi Marek Qolembevskinin təqdimat mərasimində bunları söyləyib:
“Mahir Emrelinin komandamıza keçidində sabiq baş məşqçi Çeslav Mixneviçin də rolu olub. O, “Slaviya” (Praqa, Çexiya) və “Budo Qlimt” (Norveç) komandalarına qarşı matçlarda vacib qollar vurub və hücumda komandaya çox xeyir verir. Mahir Emreli və Joel Abu Hanna yayda bizə ilk qoşulan futbolçular oldu. Bu gün məni ötən mövsüm Polşa çempionluğu uğrunda mübarizədə həlledici rol oynamış futbolçuların formadan xeyli düşmələri narahat edir. Söhbət Tomaş Pekhart, Filip Mladenoviç və Lukinyasdan gedir. Bu oyunçular həmin qarşılaşmalarda hücum xəttində vacib rol oynayıblar. Bu gün biz elə bir vəziyyətdəyik ki, qollarımızı daha çox komandamızın ən gənc oyunçularından olan Emreli və Muçi vurur. Bu da mənim üçün sualdır”.
Xatırladaq ki, Polşa mətbuatı Mahir Emrelinin Çeslav Mixneviçlə problemlərinin olduğunu iddia edir. Azərbaycanlı hücumçunun Ekstraklasanın 11-ci turunun “Lex”lə matçından (0:1) əvvəl baş məşqçi Mixneviçin keçirdiyi iclasa gecikdiyi bildirilir. İddiaya görə, Mahir yatıb qaldığı üçün toplantıya 45 dəqiqə gec qoşulub. Bundan sonra tərəflər arasında münasibətlər korlanıb. Mixneviç son həftələrdə Mahirlə bağlı səsləndirdiyi fikirlərdə hücumçunu qol vurmadığı üçün tənqid edirdi. Dünən isə “Legiya” Mixneviçlə yollarını ayırıb və bu posta əvəzedici komandanın baş məşqçisi Marek Qolembevskini gətirib.
Bizi Facebook-da izləyin