
Mahir Emrelinin “Nürnberq”dən hansı şərtlə ayrıla biləcəyi açıqlanıb
“Nürnberq” klubunun İdarə Heyətinin üzvü Joti Çatzialexiu Mahir Emrelinin komandadan hansı şərtlə ayrıla biləcəyini açıqlayıb.
Komanda.az xəbər verir ki, o, bu barədə “Bild” nəşrinə açıqlama verib.
Onun sözlərinə görə, 27 yaşlı hücumçu ilə maraqlanan Cənubi Koreya təmsilçisi “Seul”dan təkmilləşdirilmiş təklif olmayıb:
“Mahirin bəlli qiymətinin olması mənə aydındır. Yalnız bundan sonra həqiqətən dəyişiklik haqqında düşünməyə hazır olacağıq”.
Klub rəsmisi Emrelinin məşqlərə başladığını da söyləyib:
Artıq məşqlərdən kənarlaşdırılmayacaq. Mən də onunla bu məsələni müzakirə etmişəm. Biz təzyiq altında deyilik. Cənubi Koreya təmsilçisi bizimlə yenidən əlaqə saxlayacaqmı? Bunu etməsələr, Mahir “Nürnberq” üçün oynamağa davam edəcək və inanıram ki, qollarını da vuracaq”.
Mahir Emreli ötən yay Zaqreb “Dinamo”sundan “Nürnberq”ə keçib.
Bizi Facebook-da izləyin