Mahir Emrelinin “Konyaspor”a keçidinin detalları
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin “Konyaspor”a transferinin detalları məlum olub.
Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Super Liqa təmsilçisi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasından icarəyə götürdüyü 26 yaşlı futbolçu ilə münasibətlərini rəsmiləşdirib.
İddiaya görə, onunla cari mövsümün sonuna qədər sözləşmə imzalayan Konya klubu ölkədəki zəlzələ ilə əlaqədar keçidi sosial şəbəkə hesablarından elan etməyəcək.
Eyni zamanda, bildirilib ki, “Konyaspor” futbolçunu Türkiyədəki çıxışı uğurlu olacağı halda, yayda birdəfəlik transfer edə bilər.
Emrelinin “Dinamo” ilə 2026-cı ilin iyununa qədər müqaviləsi var.
“Konyaspor” Türkiyə Super Liqasında 21 turdan sonra 28 xalla 8-ci pillədə qərarlaşıb.
Bizi Facebook-da izləyin