Mahir Emrelinin komandası yeni mövsümə evdə start verəcək
Xorvatiya çempionatında 2024/2025 mövsümünün püşkü atılıb.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Mahir Emrelinin çıxış etdiyi “Dinamo” 1-ci turda “İstra”nı qəbul edəcək. Oyun avqustun 3-də keçiriləcək.
Komanda 2-ci turda səfərdə “Osiyek”, 3-cü turda evdə “Şibenik”lə üz-üzə gələcək.
Zaqreb təmsilçisi başa çatan mövsümdə Xorvatiya çempionu olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin