Mahir Emrelinin komandası səfərdən xalsız döndü

Futbol üzrə Polşa çempionatında 2-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi “Legiya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Radomiak Radom” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.

Mahir də bu görüşün iştirakçısı olub. Millimizin hücumçusu 57-ci dəqiqədə meydana buraxılıb.

İki turdan sonra 3 xalı olan “Legiya” 18 komanda arasında 8-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button