Emrelinin komandası doğma meydanda qalib gəldi

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Almaniyanın “Nürnberq” komandası doğma meydanda “Proyssen”ə qalib gəlib.

Komanda.az xəbər verir ki, qarşılaşma 2-ci Bundesliqanın 8-ci turuna təsadüf edib.

Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə bitib. Matça start heyətdə başlayan Emreli 72-ci dəqiqədə əvəzlənib.

“Nürnberq” səkkiz oyundan sonra 10 xalla 10-cu pillədə qərarlaşıb. Qonaq komanda isə 5 xalla 16-cı sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button