
Mahir Emrelinin komandası ÇL-də azarkeşsiz oynayacaq
Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su səfər oyununda azarkeşsiz qalacaq.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Xorvatiya təmsilçisi Yunanıstan AEK-i ilə keçiriləcək səfər oyununda tərəfdar dəstəyindən məhrum olacaq.
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində avqustun 8-də keçiriləcək AEK – “Dinamo” oyununa təhlükəsizlik səbəbindən xorvatiyalı azarkeşlər üçün bilet satışı olmayacaq. Avqustun 15-də Zaqrebdə baş tutacaq cavab qarşılaşmasına isə yunan azarkeşlər buraxılmayacaqlar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin