Mahir Emrelinin komanda yoldaşı Premyer Liqa klubunda
Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”sunun hücumçusu Mislav Orşiç karyerasını İngiltərədə davam etdirəcək.
Komanda.az xəbər verir ki, 27 yaşlı forvard “Sauthempton”a keçib.
Bu barədə “The Atletic” nəşri məlumat yayıb. Futbolçu tibbi müayinədən keçdikdən sonra Premyer Liqa təmsilçisi ilə müqavilə imzalayacaq. Xorvatiya klubu bu keçiddən 6 milyon funt-sterlinq qazanacaq.
Orşiç 2018-ci ilin yayından “Dinamo”da çıxış edir. Xorvatiya millisinin üzvü cari mövsümdə Zaqreb təmsilçisinin heyətində meydana çıxdığı 27 matçda 13 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin