“Mahir Emrelini mühakimə etmək çətindir”
Polşanın “Legiya” komandasının sabiq futbolçusu Stanko Svitlitsa komandanın cari mövsüm Ekstraklasadakı uğursuz çıxışı və yeni transferləri barədə fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də çıxışına münasibət bildirib:
“Komandanın oyununda sabitlik çatmır. Bundan başqa, heyətə cəlb olunan futbolçular nəyisə dəyişə bilmirlər. Mahir Emreli pis futbolçu deyil. Avrokubokların təsnifat mərhələsində, həmçinin Avropa Liqasının qrupunda “Lester Siti”yə qol vurub. Ona görə də bu futbolçunu mühakimə etmək çətindir”.
“Legiya” Polşa çempionatında 9 xalla 18 komanda arasında 17-ci sırada qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin