“Mahir Emrelini meydana buraxdıq və…”

Mahir Emrelinin çıxış etdiyi “Konyaspor” Türkiyə Super Liqasının 28-ci turunda  “Antalyaspor”la heç-heçə edib (1:1). 

Komanda.az xəbər verir ki, Konya təmsilçisinin baş məşqçisi Aleksandar Stanoyeviç oyundan sonra komandanın və Mahirin çıxışına münasibət bildirib:

“İkinci hissədəki əvəzetmələrlə oyundakı kontrolu əlimizə almağa çalışdıq. Buna görə də, Mahir Emrelini meydana buraxdıq və cərimə meydançasına yaxın bir mövqeyə göndərdik. Endri Çekici və Emreli real qol epizodlarından yararlana bilmədi. Nəticə isə heç-heçə oldu”.

Emreli 66-cı dəqiqədə meydana çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button