Mahir Emrelidən “Dinamo”da növbəti qol

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” klubunun heyətində növbəti qolunu vurub.

Komanda.az xəbər verir ki, 26 yaşlı hücumçu “Oriolik”ə qarşı ölkə kubokunun 1/8 final oyununda fərqlənib.

Emreli 77-ci dəqiqədə Zaqreb təmsilçisinin 7-ci qolunu vurub. O, 62-ci dəqiqədə meydana buraxılıb.


“Dinamo” rəqibini 8:0 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button