
Mahir Emrelidən Almaniyada ardıcıl 4-cü qol
Azərbaycanlı hücumçu Mahir Emreli “Nürnberq”in heyətində növbəti dəfə fərqlənib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü “Hamburq”un qapısına yol tapıb.
Mahir Almaniya 2-ci Bundesliqasının 11-ci turunda hesabı bərabərləşdirən qolun müəllifi olub. O, 62-ci dəqiqədə rəqib qapıçını məyus edib.
65-ci dəqiqədə sarı vərəqə alan Mahir bundan 3 dəqiqə sonra əvəzlənib.
Qarşılaşma bərabərliklə yekunlaşıb – 1:1. Mahirin komandası hazırda 17 xalla 6-cıdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin