
Mahir Emrelidən “Kayzerslautern”də növbəti qol
Bu gün Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern” növbəti yoxlama oyununa çıxıb.
Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar”ın rəqibi “Hermersberq” olub.
İlk yarıdan sonra Emrelinin komandası 7:0 hesabı ilə üstün olub. Yekunda isə “Kayzerslautern” 10:0 hesablı qələbəyə sevinib.
Start heyətdə meydana çıxmış azərbaycanlı forvard komandasının altıncı qolunu vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin