Mahir Emrelidən Almaniyada növbəti qol

Bu gün Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi “Nürnberq” Almaniyanın 2-ci Bundesliqasında 31-ci turu çərçivəsind Düsseldorf “Fortuna”sı ilə qarşılaşıb.

Komanda.az xəbər verir ki, səfərdə baş tutmuş bu görüş 3:3 hesabı ilə yekunlaşıb.

Mahir də bu matçda iştirak edib. 27 yaşlı hücumçu start heyətdə meydana çıxıb və 87-ci dəqiqədə əvəzlənib. Emreli bu dəfə də qol vurmağı da bacarıb. O, 45+4-cü dəqiqədə komandasının ikinci qolunu vurub.

Hazırda turnir cədvəlində “Nürnberq” isə 45 xalla 8-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button