Mahir Emreli – Ən zəif oyunçu
“Konyaspor”un azərbaycanlı futbolçusu Mahir Emreli evdə “Kayserispor”la 2:2 hesablı heç-heçə etdikləri Türkiyə Super Liqasının 33-cü turunun matçında ən zəif oyunçu olub.
Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı hücumçu ən zəif reytinq xalını alıb. Mahir bu qarşılaşmada cəmi 6 xal qazanıb.
Müqavilə ilə Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna məxsus olan Emreli “Konyaspor”da icarə əsasında çıxış edir. Onun Konya klubu ilə sözləşməsi cari mövsümün sonunda başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin