
Mahir Emreli Yunanıstandakı matçı buraxacaq
Azərbaycanlı futbolçu Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda növbəti oyunu da buraxacaq.
Komanda.az xəbər verir ki, 26 yaşlı hücumçu Yunanıstanda PAOK-a qarşı keçiriləcək UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda iştirak etməyəcək.
Emrelinin adı martın 14-də keçiriləcək matçın iştirak ərizəsinə daxil edilməyib.
Zaqrebdəki ilk oyunda meydan sahibləri qələbə qazanıblar – 2:0. Yanvarın əvvəlində sıradan çıxan Emreli bu yaxınlarda zədəsini sağaldıb və komanda ilə məşqlərə qoşulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin