Mahir Emreli yenə zədələndi
Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli yenidən zədələnib.
Komanda.az “Sportske.jutarnji”-ya istinadən xəbər verir ki, 25 yaşlı hücumçu “Qoritsa”ya 1:0 hesabı ilə qalib gəldikləri 32-ci tur oyununda çiynindən xəsarət alıb. Emrelinin zədəsi ciddi olmasa da, bərpası üçün müəyyən dövrə ehtiyac var. Azərbaycanlı hücumçu artıq müalicəyə başlayıb.
Onun mayın 1-də “Lokomotiva” ilə paytaxt derbisini buraxacağı ehtimal olunur.
Emreli “Dinamo”nun heyətində indiyədək 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin