“Mahir Emreli yaxşı formadadır” – Kopiç

Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasının baş məşqçisi Jelko Kopiç Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İspaniya “Sevilya”sı ilə ilk oyundan öncə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, yerli jurnalistlərə açıqlamasında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin durumdan da danışıb:

“Mahir hazırda yaxşı formadadır. Məşqlərdə iştirak edir, öz mövqeyindəki oyunçularla rəqabət aparır. Amma start heyətində kimlərin oynayacağını görüş başlayanda biləcəyik. Daha çox Bruno Petkoviçin ilk “11-lik”də olacağını düşünürəm. Çünki onun hazırlığından razı qaldım. Hamı oyuna hazırdır. Səbirsizliklə qarşılaşmanın başlamasını gözləyirik”.

Fevralın 17-də keçiriləcək “Sevilya” – “Dinamo” matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button