Mahir Emreli Xorvatiya superkubokunu qazandı

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi “Dinamo” (Zaqreb) Xorvatiya superkubokunda “Hayduk”la (Split) qarşılaşıb.

Komanda.az xəbər verir ki, matç Zaqreb təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda yeganə qolu 52-ci dəqiqədə Martin Baturina vurub. Beləliklə, “Dinamo” Xorvatiya super kubokunun qalibi olub.

Mahir Emreli ehtiyat oyunçular arasında yer alıb və meydana çıxmayıb.

Xatırladaq ki, “Dinamo” son Xorvatiya çempionu, “Hayduk” Xorvatiya kubokunun sonuncu qalibidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button