Mahir Emreli Türkiyə klubuna keçir – Klub rəsmisi təsdiqlədi

Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasında çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyənin “Konyaspor” klubuna keçməyə yaxındır.

Komanda.az xəbər verir ki, bu məlumatı Super Liqa klubunun icraçı direktoru Mustafa Göksu “CBC Sport”un əməkdaşı ilə söhbətdə təsdiqləyib.

Onun sözlərinə görə, Mahirin keçidi 90 faiz həll olunub. 26 yaşlı hücumçunun Super Liqa təmsilçisinə keçidi yaxın günlərdə rəsmiləşə bilər. Futbolçu cari mövsümün sonunadək icarə əsasında Konya klubunda çıxış edəcək. Türkiyə klubu yayda forvardı birdəfəlik transfer edə bilər.

Xatırladaq ki, Mahir Emreli ötən ilin fevral ayından “Dinamo”da çıxış edir. O, cari mövsümdə Zaqreb təmsilçisinin heyətində meydana çıxdığı 13 matçda 3 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button