
“Mahir Emreli topla çox yaxşı işləyirdi” – Kloze
Almaniyanın “Nürnberq” komandasının baş məşqçisi Miroslav Kloze Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin 2-ci Bundesliqa təmsilçisində debütü barədə fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, Kloze 27 yaşlı hücumçunun fiziki hazırlığı üzərində işləməli olduğunu bildirib. O, Mahirin meydanda olduğu müddətdə yaxşı təsir bağışladığını söyləyib:
“O, topla çox yaxşı işləyirdi”.
Mahir Emreli 6-cı turda “Herta”ya 0:2 hesabı ilə uduzduqları matçın 39-cu dəqiqəsində meydana daxil olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin