Mahir Emreli: “Topdan zövq alanda işlər də qaydasında gedir”
Polşa çempionu “Legiya”nın azərbaycanlı hücumçusu Mahir Emreli Avropa Liqasının qrup mərhələsi çərçivəsində İngiltərənin “Lester Siti” komandasına qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra klubun rəsmi saytına açıqlamasında bunları söyləyib:
“Hələ matçdan əvvəl demişdim ki, bu oyundan təkcə azarkeşlər yox, futbolçular da zövq almalıdır. Bu, cəmi 90 dəqiqəlik şou idi. Komandama qələbə qazandırdığım üçün xoşbəxtəm. Yaxşı oynadıq, sonadək mübarizə apardıq və üç xal əldə etdik. Hər kəsi təbrik edirəm.
Qolu necə vurdum? Çərçivəni görən kimi topa zərbə vurdum. Belə də lazım idi. Kimin fərqlənməsi önəmli deyil. Əsas odur ki, qalib gəldik.
Matçdan öncə heç bir komanda yoldaşım rəqibdən çəkinmirdi. Əlbəttə, onlara hörmət edirik. “Lester” əla komandadır. Amma müasir futbolda hər şey mümkündür. Hamımız eyni fikirdə idik: biz illərdir gözlədiyimiz şey uğrunda mübarizə aparırıq. Topdan zövq alanda işlər də qaydasında gedir”.
“Legiya” ilk 2 turdan sonra maksimum nəticə ilə C qrupuna başçılıq edir.
Bizi Facebook-da izləyin