“Mahir Emreli sürətli olsa da, 15 matçda cəmi iki qol vura bilib” – Çexiyalı futbolçu

Polşanın “legiya” klubunun futbolçusu Tomaş Pexart “Legia.net” saytına müsahibə verib.

Komanda.az xəbər verir ki, o, Azərbaycan millisinin hücumçusu Mahir Emreli haqda fikir bildirib:

“Mahir Emreli sürətli oyunçu olsa da, liqada 15 matçda cəmi iki qol vura bilib. Avrokuboklarda fərqli oyunlar var. Çünki elə turnirlərdə hücumçunun daha çox yeri olur. Rəqiblər topu tez-tez saxlayır və əks-hücumlarda fərqlənmək, həmçinin, müdafiəçilərin arxasına ötürmə vermək şansı yaranır”.

Emreli 2021/2022 mövsümünün ilk yarısında Varşava təmsilçisində forma geyinib. 26 yaşlı futbolçu 33 qarşılaşmada 11 qola imza atıb.

Hazırda müqavilə ilə Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna məxsus olan Mahir icarə əsasında Türkiyə təmsilçisi “Konyaspor”da çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button