Mahir Emreli erkən əvəzlənməsinə etiraz edib
Almaniyanın “Nürnberq” klubunda çıxış edən azərbaycanlı futbolçu Mahir Emreli “Köln”ə uduzduqları 2-ci Bundesliqanın oyununda erkən əvəzlənməsinə etiraz edib.
Komanda.az xəbər verir ki, bu barədə yerli “nn.de” saytı məlumat yayıb.
Emreli sözügedən qarşılaşmanın ilk hissəsindən sonra meydana çıxmadığı üçün baş məşqçi Miroslav Klozeyə narazılığını bildirib.
Nəşr Emrelinin bununla bağlı “instaqram” hesabında post da paylaşdığı və daha sonra sildiyini də yazıb. Kloze isə Mahirin etirazına səssiz qalıb.
Oyun “Nürnberq”in məğlubiyyəti ilə bitib – 1:3. Mahir ilk hissənin sonunda Florian Fliklə əvəzlənib. Həmin vaxt komanda 0:3 hesabı ilə geridə olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin