
Mahir Emreli: “Sabah bizi ağır oyun gözləyir”
Azərbaycan millisi sabah DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ukrayna yığmasını qəbul edəcək.
Komanda.az xəbər verir ki, oyundan bir gün əvvəl mətbuat konfransı keçirilib.
Konfransda milli komandanın hücumçusu Mahir Emreli də iştirak edib.
Almaniyanın “Kayzerslautern” klubunda çıxış edən Emreli sabah onları ağır oyun gözlədiyini bildirib:
“Sabah bizi ağır oyun gözləyir. Rəqib haqda çox danışmağa ehtiyac yoxdur, usta futbolçuları var. Onlar da yüksək motivasiya ilə gəliblər. Biz də öz növbəmizdə, əlimizdən gələni edəcəyik ki, İslandiya matçını unutduraq.
Bu məğlubiyyət hamıya təsir edir, hazırlıq prosesinə mane olur. Dünənki oyunlardakı nəticələri də gördüz. Psixoloji tez bərpa olmaq lazımdır. Sabahkı oyuna tam hazır olmalıyıq.
Fərdi səhvlər, problemlər olur. Hər kəs öz üzərinə düşən işi görməlidir. Tənqidi və tərifi qəbul etməliyik. İdmanda pis zaman olur. Neçə oyundur ki, qələbə qazana bilmirik. Təzyiqlə mübarizə aparırıq. Siz də çalışırsız ki, inkişaf edəsiz, yaxşı yazı yazasız. Bu bəzən alınır, bəzən yox. Yaxşı nəticə əldə etməyə çalışacağıq. Özümüzü hər şeyə hazırlamalıyıq”.
Azərbaycan – Ukrayna matçı sabah saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



