Mahir Emreli şəkil çəkdirdi, müzakirələrə səbəb oldu
“Konyaspor”un azərbaycanlı hücumçusu Mahir Emrelinin evdə “Trabzonspor”a 2:1 hesabı ilə qalib gəldikləri Super Liqanın 32-ci tur matçından əvvəl rəqib komandanın baş məşqçisi Nenad Byelitsa ilə şəkil çəkdirməsi müzakirələrə səbəb olub.
Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mahirin xorvatiyalı məşqçi ilə səmimi görüşməsi konyalı azarkeşlərin də diqqətini çəkib.
Yerli “yenihaberden.com” saytı Byelitsanın ölkəsinin “Osiyek” komandasının “sükanı arxasında” olarkən Emrelini komandasında görmək istədiyini, hətta ona təklif göndərildiyini, lakin razılıq əldə olunmadığını yazıb.
Emreli müqavilə ilə Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna məxsusdur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin