
Mahir Emreli “Roma”ya qarşı oynaya bilər
Mahir Emrelinin yenicə müqavilə imzaladığı Almaniyanın “Kayzerslautern” klubu mövsüm öncəsi təlim-məşq toplanışı və yoxlama oyunları keçirəcək.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gün ilk dəfə bir araya gələn komanda iyunun 28-də “Hermersberq”lə ilk yoxlama görüşünü keçirəcək. İyulun 5-də komanda Reutlingenin 120 illiyi şərəfinə mini-turnirdə iştirak edəcək və burada “Sankt-Qallen”lə (İsveçrə) qarşılaşacaq.
İyulun 12-də “Kayzerslautern” daha bir yoxlama matçını “Notts Kaunti”yə qarşı oynayacaq. İyulun 13-dən 20-dək komanda Cənubi Tirolda (İtaliya) olacaq və burada iyulun 19-da A Seriyasının “Cenoa” klubu ilə üz-üzə gələcək.
Kayzerslauternə qayıtdıqdan sonra komanda A Seriyasının digər təmsilçisi “Roma” ilə 125 illik yubileyi şərəfinə son hazırlıq matçına çıxacaq. Bu oyun iyulun 26-da təşkil olunacaq.
Bizi Facebook-da izləyin