Mahir Emreli: “Qalatasaray”ın uğurlu seriyasına son qoya bilərik”

“Konyaspor”un azərbaycanlı hücumçusu Mahir Emreli Türkiyə Super Liqasının 26-cı turunda “Qalatasaray”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Türkiyə mətbuatına açıqlamasında qarşılaşmaya hazır olduqlarını bildirib.

Emreli “cim-bom”un ardıcıl 14 matçlıq qələbə seriyasının onları qorxutmadığını vurğulayıb:

“Bütün komanda oyuna köklənib. Rəqibimizi tanıyırıq. Çempionatda birinci yerdədilər və yaxşı futbol oynayırlar. Uğurlu seriya yaxalayıblar. Görüşə taktiki məşqlərlə hazırlaşdıq. Ümid edirəm ki, “Qalatasaray”ın 14 oyunluq qələbə seriyasına Konyada son qoya biləcəyik”.

Martın 17-də keçiriləcək “Konyaspor” – “Qalatasaray” matçına Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button