Mahir Emreli oynadı, “Dinamo” heç-heçə etdi
Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” klubu Sloveniya toplanışında yoxlama oyunu keçirib.
Komanda.az xəbər verir ki, Zaqreb təmsilçisi yerli “Koper” klubu ilə üz-üzə gəlib. Matç 2:2 hesablı bərabərliklə başa çatıb.
Mahir Emreli qarşılaşmaya ehtiyatda başlayıb. 26 yaşlı hücumçu 46-cı dəqiqədə – komandası hesabda 1:2 geridə olarkən Bartol Barişiçin əvəzinə meydana daxil olub.
“Dinamo”nun qollarını Fran Topiç (21) və Antonio Marin (49) vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin