
Mahir Emreli “Nürnberq”in kollektiv məşqinə qatılmayıb
Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın “Nürnberq” klubunda ötən gün komandanın məşqinə qatılmayıb.
Komanda.az xəbər verir ki, bu barədə 2-ci Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
27 yaşlı hücumçu Ondrey Karafiat və Stefanos Tzimasla birlikdə fərdi şəkildə məşq edir.
Emrelinin mövsümün sonunda “Nürnberq”dən ayrılacağı dəqiqləşib. Komanda çempionatın sonuncu turunda “Ayntraxt”la (Braunşveyq) üz-üzə gələcək. Mayın 18-də keçiriləcək qarşılaşma saat 17:30-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin