
Mahir Emreli “Nürnberq”in heyətində növbəti qolunu vurdu
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın “Nürnberq” komandasında növbəti qolunu vurub.
Komanda.az xəbər verir ki, oyun 2-ci Bundesliqanın 30-cu turuna təsadüf edib.
Doğma meydanda “Paderborn”u qəbul edən “Nürnberq”in heyətində hesabı 2-ci dəqiqədə Mahir Emreli açıb.
Hazırda davam edən matçda hesab bərabərdir – 1:1.
Bu, 27 yaşlı hücumçunun 2-ci Bundesliqada vurduğu 6-cı qol olub. O, daha bir dəfə Almaniya kubokunun oyununda fərqlənib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



