
Mahir Emreli “Nürnberq”dən ayrılır – Rəsmi
Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Nürnberq”dən ayrılacaq.
Komanda.az xəbər verir ki, bu barədə 2-ci Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, o, mövsümün sonunda bitəcək müqaviləsini uzatmayacaq.
Emreli ötən ilin yayında “Nürnberq”ə keçib. O, cari mövsümdə Almaniya təmsilçisinin heyətində 22 oyuna çıxaraq, 8 qol vurub və 1 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



