Mahir Emreli yenə zədələndi

Azərbaycan millisinin və Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasının futbolçusu Mahir Emreli növbəti dəfə zədələnib.

Komanda.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu bu səbəbdən Zaqreb təmsilçisinin ölkə çempionatının 11-ci turunda evdə “Slaven”ə 4:1 hesabı ilə qalib gəldiyi oyunda iştirak etməyib. Mahir sözügedən oyun üçün komandasının iştirak ərizəsində yer alsa da, meydana çıxmayıb.

Mətbuat azərbaycanlı hücumçunun hansı şəraitdə zədələndiyini yazmayıb.

Emreli iyul ayının sonlarında belindəki zədəyə görə “Dinamo”nun bir neçə oyununu buraxmışdı.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button