
Mahir Emreli: “Mövsümün bizim üçün uğurlu keçəcəyinə inanıram”
“Kayzerslautern”in azərbaycanlı futbolçusu Mahir Emreli 2-ci Bundesliqanın “Şalke” ilə oyununda qol vurmaq istəyir.
Komanda.az xəbər verir ki, 28 yaşlı hücumçu bu barədə “Bild”-ə açıqlama verib. O, növbəti oyunda komanda ruhunun daha yaxşı olacağına ümid edir:
“Mövsümün bizim üçün uğurlu keçəcəyinə və üst pillələr uğrunda rəqabət apara biləcəyimizə inanıram”.
“Kayzerslautern” 2-ci Bundesliqanın ilk turunda “Hannover”ə 0:1 hesabı ilə uduzub. Komanda avqustun 9-da, saat 22:30-da “Şalke”ni qəbul edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin