Mahir Emreli millinin yoxlama oyunlarını buraxa bilər

“Dinamo”nun (Zaqreb) hücumçusu Mahir Emreli Azərbaycan millisinin qarşıdakı toplanışında və yoxlama oyunlarında iştirak etməyə bilər.

Komanda.az xəbər verir ki, 24 yaşlı futbolçu Xorvatiya çempionatının “Hayduk”la oyununda (0:0) zədələnib. Zaqreb klubunun həkimləri Emrelinin dincəlməyə ehtiyacı olduğunu bildirib. Bu səbəbdən, Mahirin millinin düşərgəsinə qoşulmayacağı gözlənilir.

​Azərbaycan millisi toplanış çərçivəsində Malta (25 mart) və Latviya (29 mart) ilə yoxlama oyunları keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button