
Mahir Emreli millinin toplanışında iştirak etməyəcək
Türkiyənin “Konyaspor” klubunun hücumçusu Mahir Emreli zədəli olduğu üçün Azərbaycan milli komandasının təlim-məşq toplanışında iştirak etməyəcək.
Komanda.az xəbər verir ki, o, AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində bu ay keçiriləcək oyunları da buraxmalı olacaq.
Xatırladaq ki, millimiz martın 24-də Avstriya, 3 gün sonra isə İsveç yığması ilə qarşılaşacaq. Komandamız hər iki oyunu rəqib meydanında keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin