Mahir Emreli millinin sabiq baş məşqçisi ilə görüşdü

Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun hücumçusu Mahir Emreli Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviçlə görüşüb.

Komanda.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

56 yaşlı xorvatiyalı mütəxəssislə fotosunu yayımlayan forvard “Uzun müddətdir görüşmürük” yazıb.

Xatırladaq ki, Nikola Yurçeviç 2019-cu ildə Azərbaycan yığmasına rəhbərlik edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button