Mahir Emreli “Milan”la ÇL matçını da buraxacaq
Futbol üzrə Azərbaycan millisinin və Zaqreb “Dinamo”sunun yarımmüdafiəçisi Mahir Emreli UEFA Çemionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Xorvatiyada İtaliya “Milan”ına qarşı keçiriləcək oyunu buraxacaq.
Komanda.az xəbər verir ki, bir neçə gün öncə səhhətində problem aşkarlanan 25 yaşlı futbolçu avrokubok matçında da iştirak etməyəcək.
Onunla yanaşı, enterovirusa yoluxan daha 4 oyunçu qarşıdakı görüşdə komandasına kömək edə bilməyəcək. Emreli Xorvatiya çempionatınının 14-cü turunda “Hayduk”la səfər oyununda da analoji səbəbindən forma geyinməyib.
Oktyabrın 25-də keçiriləcək “Dinamo” – “Milan” matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin