
Mahir Emreli: “Mən komanda ilə fəxr edirəm”
“Nürnberq”də çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli 2-ci Bundesliqada “Hamburq”la heç-heçə etdikləri 11-ci turun oyunundan sonra komandasının azarkeşlərinə müraciət ünvanlayıb.
Komanda.az xəbər verir ki, 27 yaşlı hücumçu “instaqram” hesabında almanca paylaşım edib. Bu qarşılaşmada fərqlənən Mahir fanatlara təşəkkürünü bildirib:
“Sizi daha da sevindirmək üçün qələbə qazansaydıq, şad olardıq. İndi diqqətimiz növbəti oyunadır. Mən komanda ilə fəxr edirəm”.
“Hamburq” – “Nürnberq” qarşılaşması 1:1 hesabı ilə yekunlaşıb. “Nürnberq” 12-ci turda, noyabrın 8-də “Kayzerslautern”lə üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin