
Mahir Emreli “Legiya”da daha bir qol vurdu
Polşanın “Legiya” komandası yoxlama oyununda qüvvəsini sınayıb.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Mahir Emrelinin formasını geyindiyi kollektiv əvəzedici komanda ilə qarşılaşıb.
Varşava təmsilçisinin əsas komandası bu oyundan 4:1 hesablı qələbə ilə ayrılıb. Azərbaycan yığmasının düşərgəsindən yenicə qayıdan Mahir də bu görüşün iştirakçısı olub. Əsas komandanın ilk qolunu da 16-cı dəqiqədə Emreli vurub.
“Legiya” Polşa çempionatının 11-ci turu çərçivəsində oktyabrın 17-də “Lex”lə qarşılaşacaq. Bu komanda 10 turdan sonra 9 xalla 18 kollektiv arasında 15-ci pillədə qərarlaşıb. Varşava təmsilçisinin əvvəlki turlardan təxirə salınmış iki oyunu da var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin