Mahir Emreli “Konyaspor”dan getmək istəmir – AÇIQLAMA

“Konyaspor”da forma geyinən Azərbaycan millisinin futbolçusu Mahir Emreli “Kontv”-yə açıqlama verib.

Komanda.az xəbər verir ki, müqavilə ilə Zaqreb “Dinamo”suna məxsus olan hücumçu, Türkiyə klubunda qalmaq istədiyini bildirib:

“Yeni mövsümlə bağlı mənimlə danışıq olmayıb. Müqavilə ilə Zaqreb “Dinamo”suna məxsusam. Amma “Konyaspor”un yeni mövsüm planlarında yer alsam, şad olaram. Burada hər şey mənim üçün çox gözəldir. Ölkələrimiz arasında mədəniyyət fərqi yoxdur, bir millətik. Burada adaptasiya problemi yaşamadım. Bu səbəbdən, Konyanı çox sevdim”.

Türkiyə Super Liqasının 33-cü turunda “Kayserispor”la 2:2 hesablı heç-heçə etdikləri ev oyunu barədə də fikirlərini bölüşən Mahir, görüşün çətin keçdiyini deyib:

“Həftə ərzində yaxşı hazırlaşmağımıza baxmayaraq, bəzi sürprizlərlə qarşılaşdıq. Bununla belə, maraqlı qarşılaşma oldu. Hər iki komanda 10 dəqiqə ərzində qollar vurdu. Konsentrasiyanı itirməməyimiz bizi çox sevindirdi. Qollar buraxsaq da, ruhdan düşmədik”.

Emreli ilk dəfə “Konyaspor”dakı oyunundan narazı qaldığını bildirib:

“Bura gəldiyimdən bəri aktiv olmadığım matç keçirdim. Ümid edirəm ki, bu, sonuncu belə görüşüm olar. Çünki belə davam etməsini istəmirəm”.

Emrelinin “Konyaspor”la icarə müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button