
Mahir Emreli “Konyaspor”da rəsmi debüt etdi
Azərbaycan millisinin futbolçusu Mahir Emreli qış fasiləsində keçdiyi Türkiyənin “Konyaspor” klubunda rəsmi debüt edib.
Komanda.az xəbər verir ki, 26 yaşlı hücumçu Super Liqanın 24-cü turu çərçivəsində evdə “Girəsunspor”a qarşı keçirdikləri oyunda start heyətdə meydana çıxıb.
Xatırladaq ki, Emreli müqavilə ilə Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna məxsusdur və “Konyaspor”a cari mövsümün sonunadək icarəyə verilib.

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin