
Mahir Emreli ilə maraqlanan 2 klubun adı məlumdur
“Nürnberq”dən ayrılan Mahir Emreli Almaniyanın 2-ci Bundesliqasında daha bir klubun maraq dairəsinə düşüb.
Komanda.az “Kicker”ə istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü “Kayzerslautern” və Bundesliqanın bir neçə klubu ilə yanaşı, “Fortuna”nın (Düsseldorf) da transfer siyahısında yer alıb.
27 yaşlı futbolçu daha əvvəl “Bakı”, “Qarabağ”, “Legiya”, “Dinamo” (Zaqreb), “Konyaspor” klublarında oynayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin