Mahir Emreli həlledici oyunda olmayacaq

“Dinamo”nun (Zaqreb) azərbaycanlı futbolçusu Mahir Emreli “Hayduk”a qarşı Xorvatiya superkuboku uğrunda oyunu buraxacaq.

Komanda.az xəbər verir ki, bu barədə “Dinamo”nun baş məşqçisi Ante Çaçiç məlumat verib. Baş məşqçi bildirib ki, Emreli zədədən yeni qayıtdığı və hazır olmadığı üçün oyunun iştirak ərizəsinə salınmayıb.

İyulun 9-da “Maksimir” stadionunda keçiriləcək “Dinamo” – “Hayduk” matçı saat 22:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button