Mahir Emreli gələn ay yaşıl meydana qayıda bilər

Azərbaycan millisinin və Xorvatiyanın “Dinamo” klubunun futbolçusu Mahir Emreli mart ayında yaşıl meydanlara qayıda bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Slobodnadalmacija” nəşri məlumat yayıb.

Bildirilib ki, Zaqreb təmsilçisində 26 yaşlı hücumçu ilə yanaşı, Dino Periç, Marko Roq və Luka Stoykoviç mərhələli şəkildə martda sıraya dönəcəklər. Amma Sadeq Moharrami və Lukas Kacavendanın cari mövsümdə oynamayacağı dəqiqdir.

Mahir Emreli yanvarın əvvəlində zədələnib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button