Mahir Emreli “Fənərbaxça” ilə oyunda iştirak edəcək?

“Konyaspor”un yeni transferi, Azərbaycan millisinin hücumçusu Mahir Emreli Türkiyə Super Liqasının 23-cü turundan təxirə salınmış “Fənərbaxça” ilə matçda iştirak etməyəcək.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunun səbəbi Mahirin transferinin fevralın 6-dan sonra reallaşmasıdır.

Emreli ilə yanaşı, Metehan Mert, Alexandro Posuelo və Marlos Moreno da “Fənər”lə qarşılaşmanı buraxmalı olacaq.

“Fənərbaxça” – “Konyaspor” görüşü fevralın 25-də keçiriləcək. Fevralın 6-da keçirilməli olan oyun zəlzələyə görə təxirə salınmışdı.

Mahir Xorvatiyanın “Dinamo” (Zaqreb) klubundan “Konyaspor”a icarə əsasında keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button