Mahir Emreli “Dinamo”nun düşərgəsinə qayıtdı

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun düşərgəsinə vaxtından əvvəl qayıdıb.

Komanda.az xəbər verir ki, 25 yaşlı hücumçuya dekabrın 19-dək istirahət verilsə də, o, 2 gün öncə komandaya qoşulub.

Əvvəlcə fərdi məşqlərlə kifayətlənən forvard artıq kollektiv hazırlıqda iştirak edir.

Təlim-məşq toplanışının birinci mərhələsini Zaqrebdə keçirən “Dinamo” yanvarın 2-də ölkənin ən qərbində yerləşən İstriyaya yollanacaq. Baş məşqçi Ante Çaçiç sözügedən bölgədə futbolçularını 2 yoxlama oyununda sınaqdan keçirəcək. Yanvarın 8-də rəqib Sloveniyanın “Çelye” klubu olacaq. Yanvarın 17-dəki rəqib isə hələlik müəyyənləşməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button