Mahir Emreli debütü haqda: “Çox sevindim”
“Nürnberq”in azərbaycanlı futbolçusu Mahir Emreli Almaniya 2-ci Bundesliqasının 6-cı turunun “Herta” ilə oyununda (0:2) debütünü şərh edib.
Komanda.az xəbər verir ki, “instaqram” hesabında paylaşım edən Emreli bunları yazıb:
“Uzun müddətdən sonra yenidən meydana qayıtdığım üçün çox sevindim. Təəssüf ki, matçın nəticəsi gözlədiyimiz kimi olmadı. Biz məyusuq, üzr istəyirik. Bununla belə, biz səbirsizliklə gözləyirik. İşləməyə davam edirik. Bizə dəstək olan hər kəsə təşəkkür edirik”.
Emreli matçın 39-cu dəqiqəsində meydana daxil olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin