Mahir Emreli bu göstəriciyə görə “Nürnberq”də hamıdan yaxşıdır
Almaniya mətbuatı “Nürnberq”in futbolçularının mövsümün ilk yarısı üçün bəzi statistikasını açıqlayıb.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, zərbənin gücü və sürəti ilə bağlı məlumatlarda azərbaycanlı hücumçu Mahir Emrelinin də adı qeyd olunub.
Emrelinin oyunların birində vurduğu zərbə 118,1 km/saat sürətə çatıb. Bu, mövsümün ilk yarısında komandanın futbolçuları arasında ən yüksək göstəricidir.
Emreli ötən ilin avqustunda 2-ci Bundesliqa klubuna keçib. Hazırda onun hesabında 4 qol və 1 məhsuldar ötürmə var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin